“Sea Breeze”−Pirşağı tramvay xəttinin çəkilməsi planlaşdırılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
ENA.az xəbər verir ki, Sərancam ilə Dövlət Proqramı təsdiqlənib.
Proqramın Tədbirlər Planınının digər kütləvi sərnişindaşıma həlləri hissəsində göstərilir ki, Bakı şəhəri və Abşeron rayonu üzrə sərnişin axınının payı yüksək olan yolların müəyyən edilməsi və həmin istiqamətlərdə kütləvi sərnişindaşıma həllərinin tətbiqi nəzərdə tutulur. İcra müddəti olaraq 2025−2030-cu illər göstərilib.
Bundan başqa, Mehdiabaddan Binəqədinin cənub istiqaməti ilə “28 May” stansiyasına kütləvi sərnişindaşıma həllinin tətbiqi (icra müddəti 2025−2028-cu illər), “Sea Breeze” daxilində nəqliyyat həllərinin planlaşdırılması və “Sea Breeze”−Pirşağı tramvay xəttinin çəkilməsi planlaşdırılır (icra müddəti 2025−2029-cu illər).
İcra müddəti olaraq 2025−2030-cu illə göstərilib. Görüləcək iş üzrə əsas icarçı orqan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir (AAYDA).