"Yeni İldə hotellər boş idi, indi Novruza hazırlaşırıq" - AXIN ZƏİFLƏYİB
Yeni İl bayramı günlərində Azərbaycanda turist aktivliyi əvvəlki illərlə müqayisədə kəskin aşağı olııb. Bu barədə "SKAL" turizm peşəkarları Bakı klubunun prezidenti, "Smart lıotel menecment" şirkətinin rəhbəri Ceyhun Aşuıov bildirib.
Qeyd edək ki, yeni il bayramı günlərində respublikanın bəzi bölgələrində, xüsusilə də Şəkidə qonaqların sayının gözləniləııdən az olması Yeni İl şənliyi planlaşdıran otellərin boş qalması ilə nəticələnmişdi. C.Aşurov bildirib ki, bu hal başqa bölgələrdə də müşahidə edilib: "Yeni İldə ümumiyyətlə Azərbaycanda turizm sahəsində boşluq müşahidə olundu. Biz hiss elədik ki həqiqətən İrandan çox böyük müştəri axını gəlirmiş. İrandakı devalivasiya ilə əlaqədar buradan gələn turistlərin saymda təxminən 40 faizə yaxın azalma oldu. Ümumi göstəriciyə görə ötən ilin müvafiq dövrü ilə müqayidə edildikdə 6 faiz artım var. Amma bu artım ümumi göstəricidir. Eyni aylarla müqayisə edilsə azalmanı hiss eləmək olar. Ona görə bu ciddi hiss olundu və otellərin doluluq səviyyəsi hazırda aşağıdır".
Ekspeıt bildirir ki, hazırda şirkətlər bu geriliyin əvəzini Novruz Bayramında çıxmağa çalışırlar, amma hələlik həmin bayram üçün də turist marağı zəifdir: "Novruz ərəfəsində biz müəyyən aksiyalar edirik. Hələ ki, reaksiyalar və istəklər zəifdir. Ola bilər ki Tehranda turizm sərgisi oldu, biz ora nümayəndə də göndərdik ki iştirak etsin, hətta müəyyən stimullaşdırıcı uduşlar da qoyduq ki o tur paketləri alanlar il boyu istifadə edə biləcəyi başqa sahələri də görsün. Turizm agentlikləri ilə danışıb məlumatları onlara da göndərmişik".
C.Aşurovun sözlərinə görə, ötən illə müqayisədə axının azalması otellərin qiymətinə elə də ciddi təsir etməsə də, bazarda uyğun qiymətlər var: "Bizdə hal- hazırda hər büdcəyə uyğun təkliflər var. Yəni kimsə bəhanə edə bilməz ki qiymət bahadır. Əslində kəmiyyət artımı gedir və nəticədə bu da rəqabətə gətirib çıxarır. Mütləq şəkildə əlavə təklif olur".