Bank

Aİ Rusiyanın daha 15 bankını SWIFT-dən ayırmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) daha 15 Rusiya bankını SWIFT beynəlxalq ödəniş sistemindən ayıra bilər. Məlumata görə, Rusiya neftinin daşınmasında iştirak edən “kölgə” donanmanın 70-dən çox gəmisinə qarşı da tədbir görüləcək.

Bundan əlavə, Rusiya alüminiumunun idxalına tədricən qadağa qoyulması nəzərdən keçirilir. Alüminium Avropanın Rusiyadan ümumi idxalının 8%-ni təşkil edir. Bununla yanaşı, “Bloomberg” aydınlaşdırır ki, Aİ müzakirə olunan məhdudiyyətləri qəbul etməyə bilər, çünki Macarıstan əlavə sanksiyalara müqavimət göstərir.

2024-cü ilin sentyabr ayına olan məlumata görə, 200-dən çox Rusiya bankı SWIFT-ə bağlı qalır. 2014-cü ildə Rusiya Mərkəzi Bankı sanksiyaların təsirini minimuma endirmək üçün SWIFT-in Rusiya analoqunu yaradıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)