Aqrar

Qida sektorunda ən çox valyuta xaricdən meyvə-tərəvəz alınmasına xərclənib. Siyahıda daha hansı məhsullar var?

Azərbaycanın ticarət dövriyyəsində idxalın, yəni xaricdən alınan mal və xidmətlərin həcmi 2024-cü ildə artıb. Dövlət Gömrük Komitəsinin 2024-cü ilin yekunlarına dair məlumata görə, ümumi idxal üzrə statistik dəyər 21 milyard 058 milyon 044.06 min dollar olub.

ENA.az xəbər verir ki, bunun yalnız 2 milyard dolları və ya 11,7%-i yeyinti məhsullarının payına düşür. Maraqlıdır ki, qida seqmentində idxal üçün xaricə axan ən çox valyuta meyvə-tərəvəzlə bağlıdır. Azərbaycan bunun üçün xaricə 281 milyon 822.29 min dollar vəsait ödəyib.

Yalnız bundan sonra ikinci sırada 279 milyon 681.92 min dollar dəyərlə buğda, 226 milyon 504.22 min dollarla bitki və heyvan mənşəli piylər, yağlar isə üçüncü sırada qərarlaşıb. Kərə yağlarının idxalı üçün ödənilən xarici valyuta isə 173 milyon 604.34 min dollardır. Eyni zamanda, 129 milyon 555.96 min manat ət, 76 milyon 487.78 min dollar çay, 66 milyon 116.68 min dollar dəyərində düyü xaricdən alınıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)