Azərbaycan ət idxalına çəkdiyi xərci 49 % artırıb
Azərbaycan 2024-cü ildə yeyinti məhsullarının ixaricdən dixalına 2 milyard 474 milyon 815.90 min dollar pul xərcləyib. ENA.az xəbər verir ki, bunun 129 milyon 555.96 min dolları ölkəyə kənardan ət alınması üçün ödəniş edilən statik dəyərdir. Miqdar baxımından götürsək, 58 688.75 ton ət idxal olunub.
Halbuki, 2023-cü ildə bu statistik dəyər 86 milyon 738.82 min dollar olub. Beləliklə, rəsmi statistikada dəyər ifadəsində 49,3% artım var. Gətirilən ətin miqdarı isə 41 min 707.69 ton təşkil edib.