ASK-da yeni kadr - TƏYİNATI
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Sahibkarlarla İş və İqtisadi Təhlil Şöbəsinə yeni təyinat olub. Konfederasiya prezidentinin əmri ilə Seymur Bayramov sözügedən şöbənin müdiri təyin edilib.
Qeyd edək ki, Seymur Bayramov Qafqaz Universitetinin, Xəzər Universitetinin, Avropa Diplomatiya Akademiyasının məzunudur. Həmçinin Birləşmiş Millətlər Təşkilatı Təlim və Tədqiqatlar İnstitutunun Gənc Liderlər Proqramını bitirib, BMT-nin Cenevrə ofisində təşkilatın çoxşahəli iş mühiti ilə tanışlıq çərçivəsində təlim, seminarında iştirak edib.
Liderlik və idarəetmə bacarıqlarının inkişafı ilə əlaqədar Harvard Kennedy Məktəbi, Kembric Universitetinin Dayanıqlı Lidelrik İnstitutu, London Biznes İdarəetmə Məktəbi və Oslo-Met (Norveç) Universitetinin təlim, seminar və inkişaf proqramlarını uğurla başa vurub. “Aztexnika”, Zərdabi LTD MMC və Qarabağ Dirçəliş Fondunda çalışıb. Biznes sektoru, üzvlərlə iş və kommunikasiyanın qurulması sahəsində peşəkar təcrübəyə malikdir.