TURİZM

Dünyanın ən güclü pasportları və Azərbaycanın yeri

Yaşayış yeri və vətəndaşlıq planlaması üzrə məsləhət firması Henley & Partners tərəfindən hazırlanan "2025 Henley Pasport İndeksi" nəşr olunub. Dünyanın ən güclü pasportları sırasında Azərbaycanın vətəndaşının "yaşıl pasportu" neçənci pillədədir? 

Qeyd edək ki, İndeks ölkələri vizasız girişə görə sıralayıb.

Henley Passport Index 19 ildən artıqdır ki, dünyanın bütün pasportlarını sıralayır. İlk olaraq Dr. Christian H. Kaelin tərəfindən yaradılmış bu indeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) təqdim etdiyi şəxsi və rəsmi məlumatlara əsaslanır.

Dünyanın en güçlü pasaportları

10-cu yerdə Birləşmiş Ərəb Əmirlikləridir. 2015-ci ildən bəri daha 72 istiqamətə çıxış əldə edərək son 10 ildə indeksdə ən çox yüksələn ölkələrdən biri olub və dünya üzrə 185 istiqamətə vizasız giriş təmin edir. 

Dünyanın en güçlü pasaportları

9-cu sırada ABŞ yer aldı.

Dünyanın en güçlü pasaportları

7-ci sırada Kanada dünyanın ən güclü pasportları sıralamasında qərarlaşdı.

Dünyanın en güçlü pasaportları

6-cı yerdə Avstraliya yer aldı.

Dünyanın en güçlü pasaportları

Yeni Zelandiya, Portuqaliya, İsveçrə və Böyük Britaniya da 190 istiqamətə vizasız giriş imkanı ilə 5-ci yerdədir. Yeddi Avropa İttifaqı ölkəsi, Avstriya, Danimarka, İrlandiya, Lüksemburq, Hollandiya, Norveç, Belçika və İsveçdən ibarət qrup 191 istiqamətə vizasız giriş imkanı bu qrupa daxildir. 

Dünyanın en güçlü pasaportları

Fransa, Almaniya, İtaliya və İspaniya reytinqdə iki pillə geriləyərək üçüncü yerə düşüb. Bu ölkələr hazırda 192 istiqamətə vizasız giriş təklif edən Finlandiya və Cənubi Koreya ilə eyni sıradadır.

Dünyanın en güçlü pasaportları

Reytinqdə ikinci yerdə 193 ölkəyə vizasız girişlə Yaponiya qərarlaşıb.

Dünyanın en güçlü pasaportları

İndeksə əsasən, Sinqapur dünyanın 227 istiqamətindən 195-nə vizasız girişi təmin edərək, ən güclü pasport adını qazanıb.

Dünyanın en güçlü pasaportları

116 ölkəyə vizasız gediş-gəliş təmin edən Türkiyə ötən ilin eyni dövrü ilə müqayisədə indeksdə 6 pillə yüksələrək 46-cı yerdə qərarlaşıb. 88 ölkəyə vizasız gediş-gəliş imkanı verən Azərbaycan pasportu isə yerini dəyişməyərək 58-ci pillədə qərarlaşıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)