"Tullantıları İdarəetmə Mərkəzi"nin direktoru dəyişib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə yeni direktor təyin edilib.
Məlumata görə, bu, Hüseyn Həsənovdur.
O, şirkətin rəhbərliyində Mübariz Şirinovu əvəz edib.
Xatırladaq ki, "Tullantıları İdarəetmə Mərkəzi" 2004-cü ildə təhlükəli tullantıları zərərsizləşdirmək məqsədi ilə "Təhlükəli Tullantılar" adı ilə Sumqayıtda yaradılıb, 2024-cü ildə adını indikinə dəyişib. Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət hazırda Abşeron rayonunun Pirəkəşkül kəndində fəaliyyət göstərir.