Sosial iqtisadiyyat

Qazaxıstanda 1000-ə yaxın maşının bərə ilə Azərbaycana göndərilməsi gecikir

Qazaxıstanın Manqistau vilayətinin Kurık limanında bərə ilə Azərbaycana göndərilməsini gözləyən 1 000-ə yaxın maşın yığılıb.

Bu barədə  Qazaxıstan KİV-ləri istinadən xəbər verir.

Limanın direktoru Serik Axmetov qeyd edib ki, gecikmə bir neçə səbəbdən baş verib.

"Noyabr-dekabr aylarında liman təxminən 50 % hava şəraitinə görə bağlı olur. Digər amil maşınların sayının artmasıdır, çünki Rusiyaya qarşı sanksiya siyahısı genişləndirilib və məhsulların bir hissəsi indi köhnə marşrutlarla göndərilə bilmədiyi üçün bütün bu yük maşınları bu gün bizə gəlib", - liman rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, indi Qazaxıstanın Nəqliyyat Nazirliyinin dəstəyi ilə bütün Azərbaycan bərələrinin Manqistau istiqamətinə yönəldilməsi barədə razılıq əldə edilib.

"Növbə problemi həll olunana qədər gücləndirmə işləri davam edəcək. Bizim hesablamalarımıza görə, bu, yanvarın sonu - fevralın əvvəlində baş verəcək. İndi Kurıkdan vaqonların göndərilməsinə məhdudiyyətlər tətbiq etmişik, maşınlara üstünlük veririk. Bizim tərəfdən təxminən 1000 ədəd maşın var, bir o qədər də maşın isə Azərbaycana göndərilməsinii gözləyir. Marşrutun əlavə bərələrə ehtiyacı var", - S.Axmetov əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)