Bank

Fərid Hüseynov: Kapital Bank azad edilmiş ərazilərin bərpasına 200 milyon manat kredit ayırıb

Kapital Bank indiyə kimi işğaldan azad edilmiş ərazilərin bərpasına 200 mln. manat kredit ayırıb.

Bunu keçirilən mətbuat konfransında bankın İdarə heyətinin sədri Fərid Hüseynov deyib.

O bildirib ki, Kapital Bank üçün dövlət və sosial əhəmiyyətli layihələrdə iştirak olduqca vacibdir. “Bu haqda danışanda ilk olaraq Böyük Qayıdış layihəsini qeyd etməliyəm. İşğaldan azad olunmuş ərazilərin bərpasının maliyyələşdirilməsində biz də əlimizdən gələn dəstəyi göstərməkdə davam edirik. Layihə çərçivəsində Şuşa, Xocalı, Cəbrayıl, Kəlbəcər, Laçın, Ağdam, Qubadlı rayonlarında bir sıra kəndlərin yenidən qurulması, yaşayış və qeyri-yaşayış binalarının tikintisi, infrastrukturun qurulması işləri aparılır. Bu işlərə ümumilikdə 200 mln. AZN məbləğində öhdəlik ayrılıb” - Fərid Hüseynov əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)