Sosial iqtisadiyyat

Azərbaycanda bu günlərdə iş vaxtı bir saat tez qurtaracaq

2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqvimi təsdiq edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2025-ci il üçün iş vaxtı normasında bildirilir.

2025-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

2025-ci ildə beşgünlük iş həftəsində 239 iş günü (onlardan, 8-i bayramqabağı və 1-bələdiyyə seçkiləri günü qabağı), iş günü hesab edilməyən 105 istirahət günü (onlardan, 8-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən, 1-i 2024-cü ildən yerdəyişmə ilə keçirilən), iş günü hesab edilməyən 19 bayram, 1 Bələdiyyə seçkiləri günü və 1 Ümumxalq Hüzn Günü vardır.

Gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

1, 2 yanvar–Yeni il bayramı;
20 Yanvar–Ümumxalq Hüzn Günü;
8 Mart–Qadınlar Günü;
20, 21, 22, 23, 24 mart–Novruz bayramı;
30, 31 mart –Ramazan bayramı;
9 May –Faşizm üzərində Qələbə günü;
28 May–Müstəqillik Günü;
6, 7 iyun–Qurban bayramı;
15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
8 Noyabr–Zəfər Günü;
9 Noyabr– Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 noyabr tarixli 49/238 nömrəli qərarına əsasən 2025-ci ilin 29 yanvar tarixi Bələdiyyə seçkiləri günü elan edilmişdir ki, həmin gün iş günü hesab edilmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)