Sosial iqtisadiyyat

"Azərbaycanda qısa idxal bəyannaməsi bir bəyannamə ilə əvəz ediləcək"

Azərbaycanda qısa idxal bəyannaməsinin bir bəyannamə ilə əvəzlənməsi planlaşdırılır.

Bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.

“Bildiyiniz kimi, hazırda sərhəd keçidinə qədər ən azı 1 saat əvvəl qısa idxal bəyannaməsi, daha sonra isə ölkə daxilində idxal gömrük bəyannaməsi təqdim olunur. Komitə olaraq gələcəkdə qısa idxal bəyannaməsini vahid bəyannamə ilə əvəz etməyi planlaşdırırıq”, - deyə o qeyd edib.

N. Şirinov vurğulayıb ki, bu, sahibkarların idxal və daşımacılıq proseslərini daha sürətli və rəvan həyata keçirməsinə imkan yaradacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)