Bank

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

“Kapital Bank” ASC-nin Müşahidə Şurasında dəyişiklik olub.

ENA.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Aleksey Marey Aleksandrviç “Kapital Bank”ın Müşahidə Şurasına müstəqil üzv seçilib

Müşahidə Şurasının üzvü Rauf Yusif oğlu Hacıyev bankdan ayrılıb.

Bununla da, Bankın Müşahidə Şurasının tərkibi sədr və müstəqil üzvlə birlikdə beş nəfərdən ibarət olub.

Müşahidə Şurasını:

  • Allahverdiyev Rövşən Şamil oğlu -sədr
  • Qasımov Cəlal Ələkbər oğlu – üzv
  • Həsənov Oqtay Arif oğlu- üzv
  • Məmmədov Fərid Usad oğlu- üzv

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265.9 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)