MALİYYƏ

Ehtiyat aktivlərindəki 182 milyon dollarlıq artım necə formalaşıb?

Azərbaycan dövlət borcunun ödənilməsi istiqamətində ehtiyatlı siyasət yürüdür və xarici borclanmanın yarada biləcəyi riskləri minimallaşdırmağa çalışır.

Bu ilin 9 ayı üzrə ölkəmizin əsasən xarici maliyyə öhdəliklərinin azalması ilə əlaqədar kapital və maliyyə balansında 3,6 milyard dollarlıq kəsir formalaşıb.

AMB-nin Statistika Departamentinin rəhbəri Samir Nəsirovun açıqlamasına görə, cari əməliyyatlar balansının profisiti hesabına kapital və maliyyə balansındakı bu kəsir tam örtülüb və nəticədə ehtiyat aktivlərimiz 182 milyon dollar həcmində artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)