“PAŞA Bank”da yeni təyinat olub
“PAŞA Bank”ın Kreditlərə Nəzarət Departamentinə yeni direktor təyin edilib.
Məlumata görə, yeni təyin edilən direktor Cəlal Quliyevdir. Bu vəzifəyə noyabr ayında təyin olunub.
Cəlal Quliyevin “PAŞA Bank”da satış və risk sahələrində 10 ildən çox iş tərcübəsi var. 2021-ci ilin dekabrından 2024-cü ilin noyabr ayına kimi “PAŞA Bank”ın Kredit risklərinin idarə edilməsi şöbəsinin müdiri, 2017-ci ilin noyabrından 2021-ci ilin dekabrına kimi Kreditlərin monitorinqi şöbəsinin müdiri kimi çalışıb.
O, 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində “İqtisadi Kibernetika” üzrə bakalavr dərəcəsi, 2009-2011-ci illərdə Qafqaz Universitetində “Maliyyə və Kredit” üzrə magistr dərəcəsinə yiyələnib.