Qarabağ

Erkin Qədirli: Ermənistan konstitusiyasında preambula dəyişdirilə bilər

Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində problemin həll yolu ölkədə yeni konstitusiyanın qəbul edilməsidir.

Bunu Azərbaycan Milli Məclisinin deputatı, hüquqşünas Erkin Qədirli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" adlı konfrans çərçivəsində keçirilən "Ermənistan Konstitusiyasının və Qanunlarında Sülh Müqaviləsinə əngəllər" mövzulu paneldə deyib.

Deputat vurğulayıb ki, konstitusiyada preambula parlament tərəfindən referendumla dəyişdirilə bilər:

"Ancaq, təəssüf ki, Ermənistanın Konstitusiya Məhkəməsi məsələni qəlizləşdirərək hesab edir ki, preambula, ümumiyyətlə, dəyişdirilə bilməz. Amma bilməlidirlər ki, bizim bütöv preambula ilə işimiz yoxdur, problem xüsusi cümlədədir. Onun dəyişdirilməsini istəyirik".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)