Bank

AMB: Banklar “yaşıl kredit”ləri yalnız taksonomiyadakı sahələrə yönəldə bilər

Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı öhdəliklər çərçivəsində “yaşıl taksonomiya”da qeyd edilmiş fəaliyyət sahələrinin maliyyələşdirilməsini hədəfləyir.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib

“Bu çərçivədə təqdim olunan kreditlər “yaşıl layihə”lərin tam və ya qismən maliyyələşdirilməsi, o cümlədən yenidən maliyyələşdirilməsi məqsədini daşıyır. “Yaşıl layihə”lər dedikdə isə AMB-nin İdarə Heyətinin 2024-cü il 7 noyabr tarixli qərarı ilə təsdiqlənmiş və “yaşıl taksonomiya”da qeyd edilmiş meyarlara uyğun olan layihələr nəzərdə tutulur”, - Mərkəsi Bank qeyd edir.

AMB əlavə edib ki, “yaşıl kreditlər”in digər kreditlərdən əsas fərqi onların yalnız “yaşıl taksonomiya”da göstərilmiş fəaliyyət sahələri və meyarlara uyğun layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmasıdır.

“Yaşıl taksonomiya” üzrə maliyyələşdiriləcək sektorlar arasında bərpa olunan enerji, enerji səmərəliliyi, su resurslarının dayanıqlı idarə edilməsi, çirklənmənin qarşısının alınması və ona nəzarət, dayanıqlı kənd təsərrüfatı, fermer təsərrüfatı, biomüxtəliflik və mühafizə, dairəvi iqtisadiyyat və tullantıların idarə edilməsi, “yaşıl binalar” və dayanıqlı inşaat, “yaşıl xidmətlər” var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)