MALİYYƏ

Almaniyanın “E.on” şirkəti Rusiyanın elektrik enerjisi sisteminə 6 milyard avro sərmayə yatırıb

Almaniyanın aparıcı enerji şirkəti – “E.on” Rusiyanın elektrik enerjisi sisteminə 6 milyard avro vəsait yatırıb. 

"BI" xəbər verir ki, bu gün “E.on Rusiya” RF ərazisində bütün elektrik enerjisinin 6 faizini hasil edir. Eyni zamanda “E.on” Aİ-də Rusiya qazının ən iri idxalçılarından biridir.

Şirkət Sibirdəki “Yujno-Russkoye” neft-qaz yatağında və “Şimal axını” qaz kəmərində “Qazprom” ilə birlikdə pay sahibidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)