Gündəm

Cənubi Koreya Prezidenti geri addım atdı - Hərbi vəziyyət ləğv olunacaq

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədəki hərbi vəziyyəti ləğv edəcək.

Bu haqda “Reuters” məlumat yayıb.

Bildirilib ki, Cənubi Koreya lideri parlamentin bu tədbirə qarşı səsverməsinə hörmət edərək, bir neçə saat əvvəl tətbiq etdiyi hərbi vəziyyət elanını ləğv etmək üçün hərəkətə keçəcəyini açıqlayıb.

Qeyd edək ki, əvvəlcə Cənubi Koreya Prezidenti ölkədə hərbi vəziyyət elan edib.

Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib.

Lakin yerli parlament 190 nəfərlik tam səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə çıxarıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)