Bank rekod məbləğdə cərimələndi - 5,1 MİLYARD DOLLAR
Fransa məhkəməsi İsveçrənin böyük banklarından biri olan "UBS AG"ni 4,5 milyard avro (5,1 milyard dollar) dəyərində cərimələyib.
"BI" xəbər verir ki, məhkəmə bankı qeyri-qanuni yollarla müştəri cəlbi və vergidən yayındırılan pulların yuyulması ilə bağlı günahkar bilib. "UBS" Bankın vəkili isə qərara etiraz edəcəklərini bildirib.
-
Eləcə də bax: Hikmət İsmayılov “AFB Bank"ı neçəyə alıb?
Qeyd edək ki, tələb olunan cərimə məbləği şirkətin ötən il əldə etdiyi mənfəətə demək olar ki, bərabərdir. Belə ki, məbləğin 3,7 milyard avrosu cərimə məbləği, 800 milyon avrosu isə Fransa dövlətinə vurulmuş zərərlə bağlıdır.
-
Eləcə də bax: Lirə ucuzlaşdı, 2 nəhəng bank milyonlar qazandı
Sözügedən qərardan sonra şirkətin səhmləri birjada 2% dəyər itirib.