"Golden Pay" işçi axtarır - VAKANSİYA
Terminal ödənişləri üzrə mütəxəssis
Son tarix 21 dek 2024
Vakansiyanın tələbləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: müvafiq sahə üzrə 1-2 il (Bank sahəsində təcrübə üstünlükdür);
- Azərbaycan dili: səlis (yazı və danışıq);
- MS Office (Excel, Word) proqramları üzrə biliklər;
- Detallara qarşı diqqətli olmaq;
- Kollektivdə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Terminallardan daxil olan vəsaitlərin çeşidlənməsi, sayımı və sənədləşdirilməsi;
- Pul məxariclərinin sayımı və sənədləşdirilməsi;
- Kassanın hərəkətinin gündəlik uçotu;
- Şöbə və departament rəhbərinə kassanın vəziyyəti, nağd pul vəsaitinin hərəkəti ilə bağlı mütəmadi məlumatlandırmaq.
İş qrafiki: Həftəiçi 5 gün saat 10:00-dan 18:00-dək, 6-cı gün qısaldılmış iş günü.
Son müraciət tarixi: 20.12.2024
Müraciət etmək üçün, CV-nizi qeyd edilmiş parvina@goldenpay.az elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.