Sosial iqtisadiyyat

Azərbaycanda inflyasiya səbətinə 513, Gürcüstanda 305 ədəd mal-xidmət daxildir - NİYƏ?

İnflyasiya hesablanması üçün unifikasiya olunmuş beynəlxalq metodologiyadan istifadə etməyən ölkələrdə inflyasiya səviyyəsini müqayisə etmək xeyli dərəcədə problemlidir.

iqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, Avropa Birliyinə üzv olan ölkələrin hamısında vahid metodologiya (Harmonised Index of Consumer Prices) istifadə edilir. Həmin metodologiyada həlledici amillərdən biri vahid qiymət səbətindən istifafə etməkdir.

"Uyğunlaşdırılmış İstehlak Qiymətləri İndeksi"nə görə qiymət müşahidələri 306 qida malları və qeyri-qida mal-xdimətıəri üzərindən ölçülür.

Gürücüstanda istifadə olunan səbət əsasən buna uyğundur və bu ölkənin inflasiya səbəti 305 ədəd mal-xdimətdən təşkil olunub.

Türkiyədə xeyli dərəcədə yaxındır - 406 mal-xdimətdən ibarət səbət istifadə olunur.

Azərbaycan isə bunlardan xeyli uzaqdır - hazırda inflyasiya səbətinə 513 ədəd mal-xidmət daxildir. Bu 513 ədəd mal-xidmətə nələr daxildir, bunlar tam aydın deyil. Ekspertlərin dediyinə görə, rəng boyasının da daxil olduğu belə "geniş səbət" nəticədə inflyasiyanı az göstərmək üçün "geniş imkanlar" açır. Ona görə də bahalaşmanı əhali cibində daha kəskin görür, nəinki hökumətin açıqladığı inflyasiya rəqəmlərində. 

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2024-cü ilin oktyabrına ölkədə inflyasiya 1.7% təşkil edib. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)