“City Leasing Group”a hüquqi direktor təyin olunub
“City Leasing Group” MMC-yə hüquqi direktor təyin edilib.
Məlumata görə, “City Leasing Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təsisçilərinin ümumi yığıncağının qərarına əsasən, Yadulla Yusif oğlu Rəhimov Cəmiyyətə hüquqi direktor təyin edilib.
O bu təyinatına qədər “FINCA Azerbaijan” QBKT-nin İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.
Xatırladaq ki, “City Leasing Group” Məhdud Məsuliyyətli Cəmiyyəti elektrik mühərrikli, hybrid tipli və kiçik həcmli şəhər avomobillərinin alışının maliyyələşməsini həyata keçirir, Cəmiyyətin nizamnamə kapitalı 50 min manatdır.


















