Aqrar

Azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanıldı

 Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən qəsəbələrdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Bu barədə  “Aqrolizinq” ASC-dən bildirilib.

Məlumata görə, əyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, azot gübrəsi əldə edə biləcəklər.

Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəki və Oğuz rayonlarından start verilib.

Mövsüm başa çatmamış əhalinin azot gübrəsi ilə təmin olunması ilə əlaqədar, ilk səyyar satışlar fevral ayının 22-də Şəkinin Aşağı Göynük, fevral ayının 23-də isə Oğuz rayonun Xaçmaz kəndində həyata keçiriləcəkdir. Adları qeyd edilən bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana biləcəklər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün:

Şəki rayonu üzrə +99455 781 55 88 (Nürəddin İbrahimov Şəki Dövlət Aqrar İnkişaf Mərkəzi direktorunun müavini),

Oğuz rayonu üzrə +99470 223 75 28 (Azad Əliyev Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) nömrələri ilə əlaqə saxlaya bilərlər.

Səyyar satış məkanına yaxın ətraf kəndlərin siyahısı
Rayon Səyyar satış təşkil ediləcək məntəqə Ən yaxın kəndlər
Şəki rayonu Aşağı Göynük, Şəki-Zaqatal şosesinin yaxınlığı, Ruzi marketin yanı. Baş Göynük, Baş Şabalıd, Baş Layısqı, Şin, Cunud, Qumux, İnçə, Zunud, Aşağı Şabalıd, Birinci Biləcik, İkinci Biləcik, Baqqal, Cumakənd, Aşağı Layısqı, Mərdanlı, Abbaslı
Oğuz rayonu Xaçmaz kəndi, Məişət evinin qarşısı Sincan, Tərkeş, Mollalı, Filfilli, Xaçmaz qışlaq, Dəmədaşğlı
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)