MALİYYƏ

FED hesabatı: ABŞ-ın borcu maliyyə sabitliyinə ən böyük risk yaradır

FED Amerika maliyyə sistemindəki mövcud vəziyyətin qiymətləndirilməsini özündə əks etdirən Maliyyə Sabitliyi Hesabatının noyabr buraxılışını dərc edib.

ABŞ-ın maliyyə sabitliyinə təsir edən risklərlə bağlı sorğunun nəticələrini paylaşan hesabatda ölkənin maliyyə borcunun davamlılığı ilə bağlı narahatlıqların siyahının başında olduğu, daha sonra isə Yaxın Şərqdə artan gərginliyin olduğu açıqlanıb. 

"ABŞ-ın fiskal borcunun davamlılığı ilə bağlı narahatlıqlar ən çox istinad edilən risk olub. Qeyd edilib ki, Xəzinədarlıq emissiyalarının artması özəl investisiyalarə maneə törədə və ya iqtisadi tənəzzül zamanı siyasət reaksiyalarını məhdudlaşdıra bilər"

Hesabatda ABŞ-ın tənəzzülə düşmə riskinin də siyahının ən başında yer aldığı bildirilərək, daimi inflyasiya təzyiqləri və məhdudlaşdırıcı pul siyasəti mövqeyinin təsirləri ilə bağlı risklərin 5-ci yerdə olduğu qeyd edilib. 

Bundan əlavə, hesabatda Çin iqtisadiyyatının daha da zəifləməsi və maliyyə qurumuna kiberhücum ehtimalının baş verəcəyi təqdirdə ciddi nəticələrə səbəb ola biləcək risklər arasında olduğu bildirilib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)