Azərbaycanda ÜDM istehsalı artıb
2019-cu ilin yanvar ayında Azərbaycanda 5929,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM istehsalının 45,9 faizi sənayenin, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,6 faizi tikintinin, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib.
İqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,2 faiz, qeyri-neft sektorunda isə 2,7 faiz artıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 601,1 manata bərabər olub.