İnşaat və əmlak

“Heç kimə güzəşt olmayacaq”

"Badamdar yolunun yuxarı hissəsində vəziyyət çox gərgindir. Sürüşmə davam edir”.

Bİ.az xəbər verir ki, bunu Baş nazirin müavini Hacıbala Abutalıbov Badamdar şossesindəki son vəziyyətlə bağlı sualları cavablandırarkən deyib.

H.Abutalıbov qeyd edib ki, hazırda ərazidə yaponiyalı mütəxəssislər çalışır:

“Mən özüm də ərazidəyəm. Yapon mütəxəssisləri müayinələr aparır. Monitorinqin nəticələrindən asılı olaraq, müavfiq tədbirlər görüləcək. Rəy verilsə ki, burada yaşayış mümkün deyil, o zaman evlər söküləcək. Onsuz da hamısı qanunsuz olaraq tikilib”.

Baş nazirin müavininə ötən gün “O evlərin heç birində yaşayış olmamalıdır, ərazidəki torpaq sahələri qanunsuz olaraq satılıb” fikirlərinin ictimaiyyətdə geniş müzakirəyə səbəb olduğunu və ərazilərin məhz onun Bakının meri olduğu dövrdə satıldığını xatırlatdıqda belə deyib:

“Bütün tikililər yoxlanılacaq. Qanunsuz olan nə varsa aşakara çıxarılacaq və müvafiq tədbirlər görüləcək. Heç kimə güzəşt olunmayacaq”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Hazırda həmin villalar gözətçilər tərəfindən qorunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)