Elm və Texnologiya

Süni intellektin qlobal kompüter satışlarına təsiri artdı

“International Data Corporation” (IDC) bazar araşdırması şirkətinin hesabatına əsasən, 2024-cü ilin ikinci rübündə fərdi kompüter satışları ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 64,9 milyon ədədə çatıb.

Sözügedən satışların 2 illik azalmadan sonra süni intellektin təsiri ilə ardıcıl ikinci rübdə də artması diqqət çəkib. 

İlk 5 kompüter istehsalçısının təhlil edildiyi hesabatda, "Çində zəif satış nəticələri bazarı sıxışdırmağa davam etdi. Çin istisna olmaqla, dünya miqyasında tədarüklər ikinci rübdə əvvəlki ilə nisbətən yüzdə 5-dən çox artdı", -deyilir. 

Ən böyük artım Apple-dadır
İkinci rübdə ən böyük artım illik 20,8 faizlə Apple-ın kompüter satışlarında olub. Apple-ı 13,7 faizlə Acer izləyir. Lenovo Group və HP Inc-in satışları müvafiq olaraq 3,7 faiz və 1,8 faiz artıb.

Dell Technologies satışlarında 2,4 faiz azalma olub.

IDC Worldwide Device Tracker Departamentinin vitse-prezidenti Ryan Reith, mövzu ilə bağlı qiymətləndirməsində, süni intellektin kompüter bazarında ardıcıl iki rüb böyüməyə təsirinə diqqət çəkib: "Süni intellekt ekosisteminin təsiri görünür".
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)