Türkiyədə neft emalı zavodunda partlayış oldu
Blomberg-in məlumatlna görə, böyük neft emalı müəssisəsi olan Tüpraşın İzmitdəki obyektlərində partlayışın baş verdiyi bildirilib. Partlayışdan sonra şirkətin səhmlərinin müvəqqəti olaraq ticarəti dayandırılıb.
Partlayışla bağlı Kocaeli Böyükşəhər Bələdiyyə Başçısı Tahir Büyükakın, "Planlı bir manevr var idi. O manevr zamanı meydana gələn bir hadisə idi və artıq nəzarətə alındı. Xilasetmə briqadası müdaxilə etdi, heç bir problem yoxdur" deyə açıqlama verib.
Neft emalı zavodunda baş verən partlayışdan sonra tüstünün qalxdığı görülüb və hadisə yerinə yanğınsöndürənlər və tibbi qruplar göndərilib.
Məsələ ilə bağlı şirkətdən hələlik heç bir açıqlama verilməyib.
Borsa İstanbul tərəfindən verilən məlumatda isə "fyuçers və səhm müqavilələri, şirkətdən tələb olunan xüsusi vəziyyət açıqlaması dərc olunana qədər müvəqqəti olaraq bağlandı", deyə ifadə edilib.