HI-TECH

“SpaceX” Türkiyənin rabitə peykini daşıyan raketi orbitə buraxıb

“SpaceX” bazar ertəsi Türkiyənin rabitə peyki “Türksat 6A”nı orbitə daşıyacaq “Falcon 9” raketini buraxıb.

Məlumata görə, yayım şirkətin saytında aparılır.

Kanaveral buraxılış meydançasından buraxılış iyulun 8-də ABŞ-nin şərqi sahil vaxtı ilə saat 19:30-da (Bakı vaxtı ilə 03:30) baş tutub.

Türkiyə hakimiyyəti bildirib ki, "Türksat6A" peyki Türkiyəni Cənub-Şərqi Asiya bazarına açacaq və 4,5 milyard insana xidmət göstərməyə imkan verəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)