Qlobal bazarlarda qızıl, Bitcoin, Nasdaq zirvəsi
Qlobal bazarlarda gündəmin başında qızıl və Nasdaq tərəfindəki rekordlar və Bitcoində yaxınlaşan tarixi zirvə durur. Qlobal bazar iştirakçıları da ABŞ seçkiləri ilə bağlı hadisələri diqqətlə izləyirlər.
Nasdaq texnologiya şirkətlərinin yaratdığı ralli ilə yeni bir zirvəyə çatarkən, qızıl ABŞ-dakı seçki ssenarilərinin təsiri ilə rekord qırdı və Bitcoin rekorda yaxınlaşdı.
Nasdaq Composite çərşənbə axşamı 0,8 faiz, S&P 500 isə 0,2 faiz dəyər qazanıb. Amerika fond fyuçersləri səhər saatlarında bir qədər yüksəldi.
Qızıl Asiya sessiyasında yeni rekord həddə - unsiya üçün 2775 dollara yüksəlib. StanChart-ın analitiki Suki Cooper-in fikrincə, qızılın bahalaşmasında seçki qeyri-müəyyənliyi ilə yanaşı, FED-in faiz dərəcəsini endirəcəyi gözləntiləri və artan bazar və geosiyasi qeyri-müəyyənliklər də təsirlidir.
Trampın potensial seçki qələbəsi ilə əlaqəli olan bitkoin 73 min 500 dolları keçərək rekord həddi olan 74 min dollara yaxınlaşıb.
Opsionlar bazarında Bitcoin ABŞ-da seçkinin nəticəsindən asılı olmayaraq noyabrın sonuna kimi 80.000 dollarlıq yeni rekord qıracaq.