Rusiyadan 24 min tona yaxın kartof almışıq

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyadan ən çox kartof idxal edən ölkə olub.
Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinə ("Rosselxoznadzor") məlumatına istinadən xəbər verir ki, 9 ayda Rusiyadan Azərbaycana 23,7 min ton kartof tədarük edilib.
Ümumilikdə bu dövrdə Rusiya 188,2 min ton kartof ixrac edib.
Bundan başqa, hesabat dövründə Azərbaycan Rusiyadan 22,8 min baş iribuynuzlu mal-qara alaraq bu sahədə ən böyük idxalçı olub.