Qeyri-Bank

Fond: Subsidiya ödənişinə dair təsdiqlənmiş müraciətlərin sayı 5 dəfə artıb

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun subsidiya ödənişinə dair təsdiqlədiyi müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çox olub.

Bunu Fondun İdarə Heyətinin sədri Osman Xaliyev Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

Onun sözlərinə görə, son 1 ildə təsdiqlənmiş müraciətlər üzrə köçürülən vəsaitin məbləği isə 1,5 dəfə artıb. 

Ümumilikdə bugünə qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 50 mindən çox müraciət əsasında 3,2 milyard manat güzəştli kredit verib.

"Hazırda Fondun 40 müvəkkil kredit təşkilatı var. Növbəti illərdə daha çox güzəştli kreditin verilməsi, eyni zamanda kreditlərin daha effektiv, daha sürətli çatdırılması, bu prosesin daha çox kredit, o cümlədən mikromaliyyə təşkilatını əhatə etməsi üçün bir sıra təkmilləşdirmələr həyata keçirilib", - deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)