Bank

Azərbaycanda mikrokredit portfelinin həcmi nə qədərdir?

Bu il oktyabrın 1-nə Azərbaycanda mikrokredit portfeli 630 milyon manat təşkil edib.

Bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

Onun sözlərinə görə, bu ölkə üzrə kredit qoyuluşunun 2,4 %-i deməkdir.

"Azərbaycanda mikromaliyyə şəbəkəsi kiçik olsa da, mühüm işlərə imza atıb. Banklardan və digər maliyyə təşkilatlardan fərqli olaraq, bu şəbəkədə həmrəylik var. Onun uğuru bəlkə də konkret hədəflərinn olmasındadır", - deyə deputat qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)