Sosial iqtisadiyyat

Naxçıvanda “yaşıl enerji” layihələri üçün ayrılmış ərazilər məlum olub

“Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün Naxçıvan şəhərində Güneş Elektrik Stansiyasının tikintisi üçün 668 ha sahə ayrılıb.

Bunu Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin rəhbərinin müavini Tural Murtuzəliyev bildirib.

O qeyd edib ki, 1163 ha Güneş Elektrik Stansiyası üçün Kəngərlidə, 1311 ha Günəş Elektrik Stansiyası Babək rayonunda ərazi ayrılıb.

“Budan başqa, Kəngərli rayonunda 1669 ha Günəş Elektrik Stansiyası 2196 ha Külək Elektrik Stansiyası üçün ərazi ayrılıb.

Şahbuzda 234 ha Günəş Elektrik Stansiyası 64 ha Külək Elektrik Stansiyası, Culfada isə 667 ha Külək Elektrik Stansiyası üçün ərazi ayrılıb” – deyə o əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)