Hadisə

Elon Musk siyasi fəaliyyət komitəsini dəstəkləyən seçicilərə 1 milyon dollar vəd edir

Amerikalı milyarder İlon Mask ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampı dəstəkləyən siyasi fəaliyyət komitəsinin kampaniyasını imzalayanlar arasından noyabrın 5-dək hər gün seçiləcək şəxsə 1 milyon dollar verəcəyini bildirib. 

Qeyd edək ki, ABŞ Konstitusiyasının birinci maddəsi “söz azadlığını”, ikinci maddəsi isə “mülki şəxslərin silaha sahib olmaq hüququnu” əhatə edir.
Pensilvaniya ştatının Harrisburq şəhərində keçirilən mitinqdə Mask Trampın seçki kampaniyasını, “ABŞ Konstitusiyasının ilk 2 maddəsinə əməl olunmasını” dəstəkləyən və Respublikaçılar Partiyası seçicilərini təşviq edən “Amerika PAC” adlı siyasi fəaliyyət komitəsinin imza kampaniyasına qoşulub. 

Mükafat çekini Harrisburqda 1 milyon dollar qazanan ilk şəxsə təqdim edən Musk, fəaliyyət komitəsinin kampaniyasının mətbuatda öz səsini tapacağına ümid etdiyini bildirdi.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)