Qarabağ

Paşinyan: Sülh sazişi imzalanana qədər Azərbaycanla nəqliyyat qovşaqları açıla bilər

Sülh sazişi imzalanana qədər Azərbaycan ilə nəqliyyat qovşaqları açıla bilər.

ENA.az "Sputnik-Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Praktiki addımlarla real sülhü formalaşdırmaq mümkündür. Sonra da sülh sazişi imzalamaq olar. Amma sülh sazişi istənilən halda imzalanmalıdır”, - baş nazir parlamentdə jurnalistlərə bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)