Gündəm

Ərdoğan Putinlə görüşəcək - Tarix AÇIQLANDI

Rusiya Prezidenti Vladimir Putin gələn ay türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

ENA.az xəbər verir ki, bu barədə Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla Moskvada baş tutan görüşdə bildirib.

"Ümid edirəm ki, yaxın gələcəkdə - məncə, iyulun 3-4-də bildiyimə görə o, Astanada olmalıdır. Onunla görüşmək və bütün cari məsələləri müzakirə etmək imkanımız olacaq", - deyə Rusiya lideri bildirib.

Xatırladaq ki, sözügedən tarixdə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)