Ağdamın “Çay evi” yenidən bərpa olunaraq istifadəyə veriləcək
Bu ilin sonuna qədər Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində tikinti işləri tamamlanacaq.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.
“Bu kəndlərə köç bu ilin sonuna və yaxud gələn ilin əvvəlinə planlaşdırılır”, – deyə o qeyd edib.
Bundan başqa, S.Abdullayev deyib ki, ağdamlıların sevimli ünvanı olan “Çay evi” olduğu kimi bərpa olunacaq və istifadəyə veriləcək: “Hazırda xarici və yerli şirkətlər bu istiqamətdə çalışır. “Çay evi”nin dizayn və layihələndirmə işləri davam edir”.