Naxçıvan iqtisadiyyatı 1% böyüyüb
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 67 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % çoxdur.
Son 1 ildə muxtar respublikada əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri isə 0,1 % artaraq 2 273 manat olub.