Bank

Azərbaycanda bank komissiyaları niyə yüksəkdi? - AÇIQLAMA

Azərbaycanda bank komissiyaları kifayət qədər yüksəkdir. Bəzən e-ticarət və ya onlayn ödəmələrdə komissiya haqları 2,5%-ə qədər çatır.

Bununla bağlı ENA.az-ın sualını cavablandıran Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyevin sözlərinə görə, komissiya haqları üzrə araşdırmalar və təhlillər aparılır və tənzimləyici bu məsələni banklarla da müzakirə edir. Kredit məhsulu istifadə edilərkən faizlərdə əksini tapan haqlar və sairə diqqət mərkəzindədir.

“Bu yalnız banklardan deyil, beynəlxalq tərəfdaşlardan da qaynaqlanır. Bəzi kart komissiyaları məhz beynəlxalq tərəfdaşların qoyduğu faizlərdən formalaşır”, - deyə Baş direktor Şahin Mahmudzadə vurğulayıb.

Bu ilin 6 aylıq 1,3 milyard qeyri-faiz gəlirləri və 400 milyon manatı haqq və komissiyalardan daxil olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)