Müdafiə Sənayesi Nazirliyinin sözçüsü işdən çıxıb
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov işdən çıxıb.
ENA.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Yaşar İsakov bu vəzifəyə 2019-cu ildə təyin edilmişdi.