Sənaye

Türkiyə şirkətləri Azərbaycana polad satışında dördüncüdür, niyə birinci olmasınlar? Bakıya gəlirlər

2023-cü ildə Azərbaycanın polad idxalı 62,3 min ton olub, Türkiyə bu bazardan 7,4 faiz pay alıb və idxalda dördüncü yerdədir. Bu, iki ölkə arasında ticarət potensialının böyüklüyünü göstərir. Polad İxracatçıları Birliyi (ÇİB) türk poladının tanıdılması, Azərbaycanla polad sənayesində əməkdaşlığı gücləndirmək və ticarət həcmini artırmaq üçün 16-18 oktyabr 2024-cü il tarixlərində 21 şirkətdən 33 nəfərin iştirakı ilə Bakıda görüşlər keçirəcək.

Orta Asiya və digər Türk Cümhuriyyətləri bazarlarına ixrac fəaliyyətini genişləndirmək üçün həm də strateji qapı olan Azərbaycan Türkiyənin yaxın coğrafiyasında strateji bazar kimi seçilib.

Səfərə gələnlər arasında ÇİB İdarə Heyətinin sədri Adnan Aslan və İdarə Heyətinin üzvü Ahmet Kamil Erciyas da olacaq. 17 oktyabr Cümə axşamı, saat 09:00-dan 18:00-dək Marriott Absheron Hotel Sharg Zali Ballroom-da 100-dən çox idxalçı şirkətlə ikitərəfli işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirdə Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Cahit Bağcı, Baş Ticarət Müşavirləri Ahmet Erdal, Yakup Sefer, Murat Yaman və Mətbuat müşaviri Dr. Alptekin Cihangir də iştirak edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)