Ən yaşıl mərkəzi bankların adları açıqlandı, FED sonuncu sıradadır
Yaşıl Mərkəzi Bankçılıq Hesabatında Reytinqlərin başında Fransa Bankı olduğu halda, ABŞ Federal Ehtiyat Sisteminin aşağı xal alması da diqqət çəkib.
Böyük Britaniyada yerləşən Positive Money qeyri-kommersiya təşkilatı Yaşıl Mərkəzi Bank Hesabatını hazırlayıb. G20 mərkəzi banklarının qəbul etdiyi bütün yaşıl siyasət və təşəbbüsləri nəzərə alan 2024-cü il sıralamasında qardaş Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 20 ölkə arasında 18-ci yerdə qərarlaşıb.
Reytinqə görə, ən yaşıl mərkəzi bank Fransa Bankı olub. 130 xaldan 96 xal toplayan Fransanı 91 xalla Almaniya və İtaliya izləyir, 87 xalla Avropa Mərkəzi Bankı (AMB) dördüncü yerdə qərarlaşıb. Sonrakı yerləri Çin və Braziliyanın mərkəzi bankları tutublar.
Fed-in aşağı xalı diqqət çəkib
Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) aşağı bal göstərməsi diqqət çəkib. Təşkilat bildirib ki, FED-in ekoloji riskləri aradan qaldırmaq üçün fəaliyyət göstərməməsi qlobal narahatlıq doğurur. FED 15 xalla 17-ci yerdə olarkən, onu 10 xalla TCMB izləyir.
Ən yaşıl mərkəzi banklar arasında 18-ci yerdə olan TCMB-ni 5 xalla Argentina, 1 xalla Səudiyyə Ərəbistanı izləyir.