Türkiyə buğda idxalına qadağanı qismən qaldırdı
Türkiyə Taxıl Qurumunun (TMO) intervensiya alış qiymətlərini elan etdiyi dövrdə buğda idxalına tətbiq etdiyi qadağa oktyabrın 15-də başa çatır.
Göstərilən tarixə bir neçə gün qalmış buğda idxalına qoyulan qadağanın qismən götürülməsi üçün düyməyə basılıb.
Bloomberg-in məlumatına görə, Türkiyə dörd aylıq alış qadağası bu ay bitdikdən sonra bəzi buğda idxalını məhdudlaşdırmağa davam etməyi planlaşdırır, idxal isə kvota sistemi vasitəsilə qismən açılacaq.
Türkiyə Un Sənayeçiləri Federasiyasının dəyirmançılara göndərdiyi məktuba görə, oktyabrın 15-dən sonra kvota sistemi ilə bazar ancaq qismən açılacaq. Federasiyanın sözügedən göstərişi dövlət orqanlarından aldığı bildirilir.
Adətən dünyanın ən böyük buğda alıcılarından biri olan Türkiyə, yerli istehsalçıların məhsul yığımı zamanı qiymətlərin düşməsindən təsirlənməməsi üçün iyun ayında müvəqqəti qadağa qoyub.