Vakansiyalar

"Bank BTB" işçi axtarır - VAKANSİYA

Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti/ Kreditlərə Nəzarət Şöbəsi/Kredit portfelinə nəzarət bölməsinin Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

Kredit portfelinə nəzarət bölməsinin Aparıcı mütəxəssisi

İş barədə məlumat:

- Kredit portfelinə gündəlik nəzarət prosesinin təşkil edilməsi və onun keyfiyyətli icrasına nəzarət edilməsi;
- Kredit üzrə tələb olunan sənədlərin və verilmiş kreditlərin rəsmiləşdirilməsinin yoxlanılması;
- Prudensial normativ və limitlərə nəzarət;
- Kreditlərin düzgün təsnifləşdirilməsi və ehtiyatların yaradılması;
- Kredit portfeli üzrə müvafiq hesabatlar hazırlamaq;
- Kredit portfelinin MKR xidmətinə inteqrasiya olunmasını həyata keçirmək;
- Maliyyə arayışlarının hazırlanması.

Namizədə tələblər:

- Ali təhsil;
- Bank sektorunda kredit sahəsində ən azı 2 il iş təcrübəsi;
- Təhlil etmə və analitik hesabat tərtib etmə bacarığı;
- Layihələrlə iş bacarığı və təcrübəsi;
- Analitik düşüncə;
- Ünsiyyətqurma bacarığı;
- Microsoft Office proqramları üzrə biliklər (Excel mükəmməl səviyyədə);
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl), rus və ingilis dilləri (orta səviyyədə);
- Bankın filiallarına ezamiyyətə getmək imkanının olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 15.03.2019-cu il tarixinədək cv@btb.az  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kredit portfelinə nəzarət bölməsinin Aparıcı mütəxəssisi göstərməyiniz xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department