Azərbaycan bu il 4 %-ə yaxın iqtisadi artım proqnozlaşdırır
![](https://ena.az/uploads/news/2024-05/_ena_f60c8c373565517c435248a64_o.jpg)
Bu il Azərbaycan iqtisadiyyatının 3,8 % artması proqnozlaşdırılır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"O cümlədən neft sektorunda 0,8 %, qeyri-neft sektorunda isə 5 %-dən çox artım gözlənilir", - deyə o qeyd edib.