Bank

ABB-də yeni təyinat olub

Dövlət bankı ABB-yə (Azərbaycan Beynəlxalq Bankı) yeni direktor təyin edilib.

Məlumata görə, Səbuhi Əkbərov ABB-də Müştərilərlə Əlaqələrin İdarə Edilməsi Departamentinin Direktoru vəzifəsinə təyin edilib.

O, buna qədər ABB-də Əlaqə Mərkəzi və Telesatış şöbəsinin müdiri idi.

Səbuhi Əkbərov bundan öncə “Nar” (Azerfon), “Azerconnect”də çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)