Rusiyaya tətbiq edilən sanksiyaların sayı açıqlandı
Qərb ölkələri Rusiyaya qarşı 21 mindən çox sanksiya tətbiq edib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər nazirləri qrupunun iclasında deyib.
“Son 10 il ərzində təkcə Rusiyaya qarşı 21 mindən çox qeyri-qanuni məhdudiyyət tətbiq edilib”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Lavrov qeyd edib ki, sanksiyaların ekstraterritorial tətbiqi ən yoxsul ölkələrə zərbə vuran, onları ərzaq, enerji resursları və gübrəsiz qoyan reyder yanaşmasından xəbər verir.