BİZNES

Azərbaycanda hansı sahələrdə metroloji norma və qaydalar pozulur?

Azərbaycanda ölçmə vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid 18 sahə müəyyən edilib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Elməddin Quliyev bu gün keçirilən Milli Metrologiya Forumunda deyib.

Onun sözlərinə görə, bu sahələr, xüsusilə insanların həyat və sağlamlığına, dövlətin iqtisadi maraqlarına təhlükə törədə bilən sahələrdir: "Bu sahələrdə ölçmələrə dair məcburi tələblər müəyyən edilir.

Həmin qeyd edilən 18 sahədən səhiyyə, baytarlıq, fitosanitar sahələrində dövlət nəzarətinin aparılması zamanı tətbiq edilən ölçmə vasitələrində metroloji norma və qaydaların pozulması faktları aşkar edilib".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)